20:41
(077) 610-22-33

Allahşükür Paşazadə pravoslavları təbrik etdi

  • >
325 8 Yanvar 2014 09:40 | Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Azərbaycanda yaşayan pravoslavları Milad bayramı münasibətilə təbrik edib.

Bu barədə AzNews.az QMİ-nin rəsmi saytına istinadən məlumat verib.

Şeyxülislamın Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandra ünvanladığı təbrik məktubunda deyilir: " Müsəlmanlar adından və şəxsən öz adımdan Azərbaycanda yaşayan Pravoslav kilsəsinin bütün övladlarını Milad bayramı və Yeni ilin başlaması münasibəti ilə ürəkdən təbrik edirəm".

Qafqaz müsəlmanlarının dini liderinin məktubunda deyilir: "Uca Tanrı bizi yaxınlaşdıran və birləşdirən hər şeyin qorunub saxlanması və ləyaqətli inkişafı naminə cəhdlərimizə xeyir-dua verəcək və bütün Azərbaycan xalqının ümumi rifahına imkan yaradacaq".

AzNews.az
Bağla X