Özbəkistan prezidenti Moskvada səfərdədir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Avrasiya İqtisadi İttifaqının sammitində və Qələbə bayramında iştirak etmək üçün Moskvaya gəlib.

Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun təyyarəsi Moskva hava limanlarından birinə enib.

Mirziyoyevin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, Özbəkistan prezidentinin də bir sıra ikitərəfli görüşləri gözlənilir.

Mövsüm