14:39
(077) 610-22-33

Nazir vətəndaşlarla görüşəcək

  • >
711 20 Mart 2014 09:00 | Cəmiyyət

İqtisadiyyat və sənaye naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. AzNews.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 28-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Sumqayıtda Abşeron rayonundan və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Tarix Muzeyində (Ünvan: Sumqayıt şəhəri, 4-cü mikrorayon, H.Əliyev pr.,) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Abşeron regional bölməsi (Ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (050/055) 235-01-81, (018) 654- 42 -23, faks: (018) 654- 42 -23, elektron poçt ünvanı: ( ramal.ahmadov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

AzNews.az
Bağla X