Meyxanaçı Kərim: “Elə kişiyə salam vermərəm”

Meyxanaçı Kərim "Bazar səhəri Rövşanə ilə" verilişində maraqlı açıqlamalar verib. AzNews.az xəbər verir ki, meyxanaçı sənət adamlarının plastik əməliyyatlar etdirməsinə münasibət bildirərkən, şou-biznesdə sırğa taxan, saçına rəng qoyan kişilərdən də danışıb:

"Başına rəng qoyan, qulağına sırğa taxan kişilər var. Onların yanında plastik əməliyyat etdirən qadınlar şükürlüdür. Amma, Aygün Kazımova həddə artıq çox əməliyyat etdirib. Şəxsən mən elə kişiyə salam vermərəm".

Qeyd edək ki, meyxanaçı Kərim sənət aləmində mühafizəkar fikirləri ilə fərqlənir.

İntiqam
AzNews.az