14:04
(077) 610-22-33

Mikayıl Cabbarov müəllim və tələbələrə müraciət etdi

  • >
1 300 2 Aprel 2015 13:04 | Cəmiyyət

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov təhsil sisteminin hər bir üzvünü Avropa Oyunlarında daha yaxından iştirak etməyə çağırıb.



Trend-in məlumatına görə, M.Cabbarov jurnalistlərə bildirib ki, bu il Bakıda Avropa Oyunları keçirildiyi üçün keçən ilin oktyabr ayında Nazirlər Kabineti təhsil müəssisələrində tədris ilinin müddətinin dəyişdirilməsi ilə bağlı qərar verib. Həmin qərar əsasında mayın 31-ə kimi bütün təhsil müəssisələrində - ümumu təhsil, ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesi və imtahan sessiyasının başa çatdırılması nəzərdə tutulur:

"Çox sevindirici haldır ki, Avropa oyunlarının keçirilməsi, tələbələr, şagirdlər asında çox müsbət qarşılanır. Təhsil sistemindən 10 minlərlə könüllü bu oyunları dəstəkləmək və öz töhfəsini vermək üçün ona qoşulub. Bu, bizi çox sevindirir. Bu istiqamətdə lazım olan dəstəyi həm könüllülərə, həm də müvafiq təhsil müəssisələrinə verməyə hazırıq.

Təhsil sisteminin hər bir üzvünü - həm təhsil verənləri, həm də təhsil alanları Avropa Oyunlarında daha yaxından iştirak etməyə çağırırıq. Bu, Azərbaycanın idman tarixi və ictimai həyatında çox böyük bir hadisədir".
Bağla X