05:27
(077) 610-22-33

Paytaxt yollarında sürət həddi azaldıldı - VİDEO

  • >
1 349 2 Aprel 2015 13:08 | Cəmiyyət

Bakının bəzi yollarında sürət həddi aşağı salınıb.



AzNews.az xəbər verir ki, "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, hava şəraiti nəzərə alınaraq Böyükşor - Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20km/saat aşağı salınıb. Belə ki 120km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib. Hava şəraiti dəyişən kimi sürət həddi yenidən əvvəlki vəziyyətə qaytarılacaq.


Bağla X