Azərbaycanın tanınmış politoloqu, sabiq dövlət müşaviri Vəfa Quluzadə bu gün dəfn olunacaq. Azərbaycanın tanınmış politoloqu, sabiq dövlət müşaviri Vəfa Quluzadə bu gün dəfn olunacaq.

Vəfa Quluzadə bu gün dəfn olunacaq

Azərbaycanın tanınmış politoloqu, sabiq dövlət müşaviri Vəfa Quluzadə bu gün dəfn olunacaq.


AzNews.az xəbər verir ki, V.Quluzadənin cənazəsi "Qış bulvarı"nın yaxınlığında, yaşadığı evdən götürüləcək.

Mərhum politoloq Bakının Yasamal rayonundakı qəbiristanlıqda torpağa tapşırılacaq.

Xatırladaq ki, V. Quluzadənin bu gecə səhhəti qəflətən pisləşib. Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən politoloqun ürəyində şuntlama əməliyyatı keçirilib.

Palataya gətirildikdən sonra onun səhhətində yenidən problem yaranıb və o, dünyasını dəyişib.