Rumıniyanın futbol üzrə gənclərdən ibarət milli komandasını daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə azı 20 nəfər xəsarət alıb. Rumıniyanın futbol üzrə gənclərdən ibarət milli komandasını daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə azı 20 nəfər xəsarət alıb.

Futbolçuları daşıyan avtobus qəzaya düşdü - 20 yaralı

Rumıniyanın futbol üzrə gənclərdən ibarət milli komandasını daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə azı 20 nəfər xəsarət alıb.


Bu barədə Rumıniya FHN-nin məlumatında bildirilir.

Məlumata görə, qəza Hunedoara rayonunda baş verib. Yük maşını yol hərəkəti qaydalarını pozaraq, qarşı zolağa çıxıb və avtobusla toqquşub.

Avtobusda qəza zamanı 17-26 yaşlarında 18 gənc olub. Komanda Deva şəhərində keçiriləcəyi planlaşdırılan matça yollanırmış.


APA.az