Hollandiya, ABŞ-ın Fələstinə yardımı dayandırma qərarından sonra BMT-nin Fələstinli Mühacirlərə Yardım Təşkilatına 13 milyon avro ayıracağını açıqlayıb. Hollandiya, ABŞ-ın Fələstinə yardımı dayandırma qərarından sonra BMT-nin Fələstinli Mühacirlərə Yardım Təşkilatına 13 milyon avro ayıracağını açıqlayıb.

Hollandiya ABŞ-a qarşı: Fələstinə yardım edilir

Hollandiya, ABŞ-ın Fələstinə yardımı dayandırma qərarından sonra BMT-nin Fələstinli Mühacirlərə Yardım Təşkilatına 13 milyon avro ayıracağını açıqlayıb.

AzNews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici Ticarət və Əməkdaşlıq naziri Siqrid Kaaq açıqlama verib. "Biz fələstinli mühacirlərin maliyyə çətinlikliyinə biganə qalmayaraq təcili yardım qərarı qəbul etdik” – nazir bildirib.

BMT-nin Fələstinli Mühacirlərə Yardım Təşkilatının tarixin ən böyük maliyyə çətinliyi ilə üzləşdiyini deyən Kaaq, bu vəziyyətdən insanların, xüsusilə də uşaqların əziyyət çəkdiyini deyib.

Xatırladaq ki, ABŞ dövlət departamenti, Fələstinə veriləcək 125 milyon dollarlıq yardımın 65 milyon dollarlıq hissəsinə yenidən baxılacağını açıqlamışdı.