Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çjenin yenidən görüşəcəyi ilə bağlı məlumat verilib. Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çjenin yenidən görüşəcəyi ilə bağlı məlumat verilib.

Koreyaların liderləri yenə görüşəcək

Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çjenin yenidən görüşəcəyi ilə bağlı məlumat verilib.

AzNews.az “France Presse” informasiya agentliyinə istinadən xəbər verir ki, hər iki ölkədən səlahiyyətli nümayəndələr atəşkəs zonasında apardıqları danışıqlardan sonra birgə bəyanat veriblər.

Onlar qeyd edib ki, Şimali və Cənubi Koreyanın ölkə başçıları arasındakı növbəti zirvə görüşü sentyabr ayında baş tutacaq. Lakin hələ dəqiq tarix açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl də Şimali və Cənubi Koreya liderləri aprel və may aylarında bir araya gəlmişdilər.

Nurlan AĞA
AzNews.az