Ermənistanda Rusiya hərbi bazasının "ZİL 131" markalı hərbi yük maşını qəzaya uğrayıb. Ermənistanda Rusiya hərbi bazasının "ZİL 131" markalı hərbi yük maşını qəzaya uğrayıb.

Rus hərbçilər Ermənistanda qəzaya düşdü

Ermənistanda Rusiya hərbi bazasının "ZİL 131" markalı hərbi yük maşını qəzaya uğrayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Şirak vilayətinin Artik şəhərində baş verib.

Ölkənin Fövqəladə Hallar Nazirliyindən yük avtomobilinin naməlum səbəblərdən aşdığı bildirilib.

Xilasedicilər Rusiya hərbçiləri Andrey Qrutikov və Artyom Kiryanova maşının yük yerindən çıxmağa yardım ediblər. Onlar ciddi xəsarət almadıqlarına görə xəstəxanaya aparılmayıblar.

AzNews.az