Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazilər Günü ilə bağlı çıxışında ölkənin son vəziyyətindən danışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazilər Günü ilə bağlı çıxışında ölkənin son vəziyyətindən danışıb.

“Böhran yoxdur, hamısı yalandır” - Ərdoğandan şok açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazilər Günü ilə bağlı çıxışında ölkənin son vəziyyətindən danışıb.

AzNews.az “Habertürk”ə istinadən bildirir ki, Ərdoğan Türkiyənin dövlətçilik tarixindən danışaraq, Türkiyənin güclü ölkə olduğunu xatırladıb.

O, “böhran kimi bir şey yoxdur, bunların hamısı manipulyasiyadır. Qətiyyən aldanmayın”, – deyib.

Türkiyə prezidenti İdlibdəki vəziyyətlə bağlı açıqlama da verərək, Soçidə əldə olunmuş razılığı ölkəsinin sərhədindən kənarda sülh prosesinə addım atması kimi qiymətləndirib.

O, Türkiyəyə qarşı atılan addımların, qurulan tələlərin necə öhdəsindən gəldiklərini diqqətə çatdırıb.

Nurlan AĞA
AzNews.az