Türkiyə, Rusiya və İran XİN rəhbərləri Nyu-Yorkda Suriya məsələsini müzakirə edəcək. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Amerika ölkəsi olan Surinamda görüşlərini davam etdirir. Türkiyə, Rusiya və İran XİN rəhbərləri Nyu-Yorkda Suriya məsələsini müzakirə edəcək. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Amerika ölkəsi olan Surinamda görüşlərini davam etdirir.

Suriya məsələsi Nyu-Yorkda müzakirə ediləcək

Türkiyə, Rusiya və İran XİN rəhbərləri Nyu-Yorkda Suriya məsələsini müzakirə edəcək. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Amerika ölkəsi olan Surinamda görüşlərini davam etdirir.

Xarici KİV-in xəbərinə görə, həmkarı ilə görüşdən sonra açıqlama verən Çavuşoğlu Soçi razılaşması ilə bağlı da fikir bildirib. Onun sözlərinə görə, atəşkəsə tamamilə əməl edilməli və diqqəti siyasi həllə yönəltmək lazımdır.

Çavuşoğlu gələn həftə keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyasında prezident Rəcəb Tayyib Ərdoğanla birgə iştirak edəcək. Türkiyə XİN rəhbəri bildirib ki, Nyu-Yorkda rus və iranlı həmkarları ilə Suriya məsələsilə bağlı iclas keçirəcəklər. (metbuat.az)

AzNews.az