13:31
(077) 610-22-33

Merkel Putinlə danışıqların davam etdirilməsini dəstəkləyir

  • >
717 13 Avqust 2014 10:32 | Dünya

“Qərbin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, Ukraynadakı böhranla bağlı Vladimir Putinlə danışıqları davam etdirmək lazımdır”.



APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel "Sächsische Zeitung" qəzetinə müsahibəsində deyib.

"Mən çalışıram ki, sanksiyalara baxmayaraq, Rusiya ilə danışıqlar qırılmasın", – deyə Merkel qeyd edib.

Kansler əlavə edib ki, rəsmi Berlinin Ukrayna böhranındakı mövqeyi məlumdur, Ukraynanın öz müqəddəratını azad və demokratik şəkildə müəyyən etməsini dəstəkləyir: "Amma bunu Rusiya da qəbul etməlidir. Danışıqlar yolu ilə razılığa gəlmək lazımdır".

AzNews.az
Bağla X