01:09
(077) 610-22-33

ABŞ-ı iğtişaşlar bürüyür - Jurnalistlər xəsarət aldı (VİDEO)

  • >
1 314 19 Avqust 2014 09:18 | Dünya

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində iğtişaşların miqyası böyüyür.

AzNews.az-ın məlumatına görə, Amerika mediası yazır ki, bu gecə yenidən qızışan iğtişaşlar zamanı hadisələri işıqlandıran jurnalistlərdən bir neçəsi xəsarət alıb.

Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan və səsli bombalardan istifadə edib.

Asayiş keşişçilərinin tələblərinə əməl etməyən qaradərili aksiyaçılar bütün gecəni şəhərin müxtəlif yerlərində kütləvi etirazlar keçiriblər.

Aksiya iştirakçıları polisin üzərinə "Molotov" kokteyli atıblar.
Hazırda şəhərdə iğtişaşlar davam edir.

Xatırladaq ki, avqustun 10-da Ferqyuson şəhərində 18 yaşlı qaradərili Maykl Braun polis tərəfindən güllələnərək, öldürülüb. Bu hadisədən sonra şəhərin qaradərili əhalisi polisin əməlinə etiraz etməyə başlayıb və nəticədə kütləvi iğtişaşlar yaranıb. Gəncin öldürülməsinə etiraz aksiyaları ABŞ-ın 90 şəhərində də keçirilib.



Məhəmməd
AzNews.az
Bağla X