00:35
(077) 610-22-33

NATO hərbi gəmiləri Rumıniya sahillərində

  • >
1 661 13 Mart 2015 23:48 | Dünya

NATO-nun ikinci daimi hərbi dəniz qrupunun (SNMG2) altı gəmisi Qara dənizdə Rumıniyanın Konstansa limanına daxil olub.



ANS PRESS-in məlumatına görə, burada NATO-nun Alyansa üzv ölkələrinin Hərbi-Dəniz Qüvvələrləriylə təlimləri keçirilir.

ABŞ kontr-admiralı Bred Uilyamsonun komandanlığı altında qrup hələ martın 4-də Qara dənizə girib. Qrupun lideri ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin kreyseri "Vicksburg" dur.

Heyətə həmçinin Kanada freqatı HMCS Fredericton, Türkiyənin Hərbi-Dəniz Qüvvələrlərinin freqatı TCG Turgutreis, alman Hərbi-Dəniz Qüvvələrinin tankeri FGS Spessart, Rumıniya Hərbi-Dəniz Qüvvələrlərinin ROS Regina Maria və italyan freqatı ITS Aliseo daxildir.
Bağla X