Bakıda bir nəfərin ölümü, birinin isə yaralanması ilə nəticələnmiş qəza hadisəsi baş verib. Bakıda bir nəfərin ölümü, birinin isə yaralanması ilə nəticələnmiş qəza hadisəsi baş verib.

Bakıda qəza: bir nəfər ölüb

Bakıda bir nəfərin ölümü, birinin isə yaralanması ilə nəticələnmiş qəza hadisəsi baş verib.



AzNews.az-ın-Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda "OPEL" markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb, onun sərnişini, 1966-cı il təvəllüdlü Qasımova Nəzirə Zakir qızı isə hadisə yerində ölüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını, həmçinin N.Qasımovanın cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

AzNews.az