Səhər saatlarında Bakı metrosunda bədbəxt hadisə baş verib. Səhər saatlarında Bakı metrosunda bədbəxt hadisə baş verib.

Bakı metrosunda dəhşət: 3 nəfər özünü relsin üzərinə atdı

Səhər saatlarında Bakı metrosunda bədbəxt hadisə baş verib.

Bu barədə AzNews.az-a "Bakı Metropoliteni" QSÇ-nın mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, “Xalqlar Dostluğu” stansiyasında 1963-cü il təvəllüdlü Sevda Osmanova adlı sərnişin qatar relslərinin üzərinə yıxılıb:

“Qadın ehtiyatsızlıqdan təhlükəszilik xəttini keçərək yıxılıb. Biz onu çıxardıq və təcili yardımla xəstəxanaya apardıq. Sadəcə, həmin vaxt çox təhlükəli vəziyyət yarandı. Yıxılan qadını xilas etmək üçün 3 nəfər özünü relslərin üzərinə atdı. Bu hal yolverilməzdir. Çünki relslərdə yüksək gərginlik var, sərnişinlərin həyatı üçün çox təhlükəlidir”.

Sonda Nəsimi Paşayev sərnişinlərə həyatlarını təhlükəyə atmamalarını tövsiyə etdi.

Bahar RÜSTƏMLİ
AzNews.az