20:35
(077) 610-22-33

Prokuror sabiq nazirə 3 il iş istədi

  • >
985 11 Mart 2014 13:53 | Hadisə

Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin işi üzrə proses martın 11-də davam etdirilib.

Vəkil Əfqan Məmmədov "Media forum" saytına deyib ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə prokuror təkliflə çıxış edib: "O, Nicat Quliyevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Bu, Nicat Quliyevə ittiham üzrə ən ağır cəzadır. Biz hesab edirik ki, prokurorun təklifi tam əsassızdır və Nicat Quliyevə bəraət hökmü çıxarılmalıdır".

Növbəti prosesdə vəkillər çıxış edəcək.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir. O, istintaqa heç bir ifadə verməyib.

AzNews.az
Bağla X