00:32
(077) 610-22-33

Cəbhədən daha bir pis xəbər - Əsgərimizi itirdik - Özəl (Yenilənib)

  • >
3 138 6 Avqust 2014 08:52 | Hadisə

Bu gün Azərbaycan Ordusu daha bir əsgərini itirib.

AzNews.az-ın məlumatına görə, Ağsu rayojn Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1996-cı il təvəllüdlü Tərlanlı Sahil Yaşar oğlu avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.
Hadisənin hansı şəraitdə baş verdiyi bəlli deyil. Bildiriblər ki, faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.

İntiqam Valehoğlu
AzNews.az

***
10:35

Azərbaycan Ordusunun əsgəri cəbhənin Tərtər istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olub.

AzNews.az-ın məlumatına görə, hadisə ordumuzun Tərtər-Ağdam istiqamətindəki postunda bu gün səhər saatlarında baş verib.
Əsgərə təcili tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda şəhid hərbçinin ad və soyadını müəyyənləşdirməyə çalışırıq.

İntiqam Valehoğlu
AzNews.az
Bağla X