İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.

Azərbaycan güləşçiləri Rusiya və Gürcüstan komandalarını məğlub etdi

İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.

AzNews.az Report-a istinadən xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparır.

İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

ABŞ idmançıları ilə keçiriləcək son görüş sabah saat 9:00-da başlayacaq.