Fransanın PSJ klubunun braziliyalı ulduzu Neymar komandaya yeni baş məşqçi gətirilməsini istəyir. Fransanın PSJ klubunun braziliyalı ulduzu Neymar komandaya yeni baş məşqçi gətirilməsini istəyir.

Neymar baş məşqçi postuna onu layiq bilir

Fransanın PSJ klubunun braziliyalı ulduzu Neymar komandaya yeni baş məşqçi gətirilməsini istəyir.

AzNews.az Avropa mətbuatına istinadən xəbər verir ki, bu barədə Neymar PSG klubunun prezidenti Nasser Al-Xelaifi ilə söhbətləşib.

Neymar klubun prezidentinə hazırkı baş məşqçi Unay Emerinin yerində Barselonanın keçmiş baş məşqçisi Luis Enrikeni görmək istədiyini deyib.

Qeyd edək ki, "Tottenhem"-in baş məşqçisi Maurisio Poçettino və "Çelsi"-nin baş məşqçisi Antonio Konte də bu posta əsas namizədlərdən biri sayılır. Lakin Neymar Kontenin futbol fəlsəfəsini bəyənmədiyini qeyd edib.