“Mercedes” komandasının britaniyalı pilotu Luis Hemilton Formula-1 üzrə dünya çempionatı çərçivəsində Fransa Qran-Prisinin qalibi olub. “Mercedes” komandasının britaniyalı pilotu Luis Hemilton Formula-1 üzrə dünya çempionatı çərçivəsində Fransa Qran-Prisinin qalibi olub.

Luis Hamiltonun daha bir uğuru

“Mercedes” komandasının britaniyalı pilotu Luis Hemilton Formula-1 üzrə dünya çempionatı çərçivəsində Fransa Qran-Prisinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, mövsümdə üçüncü, karyerasında 65-ci qələbəni qazanan pilot şəxsi hesabda yenidən liderliyə yüksəlib.

Yürüşdə ikinci yeri “Red Bull”un təmsilçisi, hollandiyalı Maks Ferstappen, üçüncü yeri “Ferrari”nin finlandiyalı pilotu Kimi Raykkonen tutublar.

L.Hemilton mövsümün səkkizinci mərhələsində qələbə qazanandan sonra 145 xalla şəxsi hesabda lider olub. Fransa yürüşündə beşinci nəticə göstərən almaniyalı pilot Sebastyan Fettel 131 xalla ikinci yerdə qərarlaşıb. Üçüncü yeri 96 xalla “Red Bull”un avstraliyalı pilotu Daniel Rikkardo tutur.

Pilotların mübarizəsi gələn həftə Şpilberqdə (Avstriya) davam edəcək.

AzNews.az