Çempionlar Liqasına gedən yolda Ağdam təmsilçisinin qarşısını "BATE" alıb. Çempionlar Liqasına gedən yolda Ağdam təmsilçisinin qarşısını "BATE" alıb.

"Qarabağ" Çempionlar Liqasına əlvida dedi

Çempionlar Liqasına gedən yolda Ağdam təmsilçisinin qarşısını "BATE" alıb.

AzNews.az xəbər verir ki, bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" klubu Belarus "BATE"si ilə qarşılaşıb.

Borisov şəhərində keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

Görüşdə hesabı ev sahibləri açıblar. Borisovluların heyətində 20-ci dəqiqədə Mirko İvaniç vurub.

Matçda təmsilçimizin yeganə qolunu isə Mitçel vurub. O, 54-cü dəqiqədə fərqlənə bilib.

Bakıdakı oyunun nəticəsi ilə birgə, ümumi hesab 2:1 olub ki, bu nəticə də "BATE"ni Çempionlar liqasına bir addım da yaxınlaşdırıb.

Play-off mərhələsində Minsk klubunun rəqibi Hollandiyanın "PSV" klubu olacaq.