UEFA Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı intizam işi açıb. UEFA Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı intizam işi açıb.

UEFA Çexiya klubuna qarşı intizam işi açdı

UEFA Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı intizam işi açıb.

"Report" qurumun saytına istinadən xəbər verir ki, araşdırma Çempionlar Liqasının I turunda evdə Rusiya MOİK-i ilə matçda baş verən hadisələrlə bağlı aparılacaq.

Həmin qarşılaşmada Çexiya təmsilçisinin azarkeşləri meydana plastik butulka və digər əşyalar atmaqda ittiham olunurlar.

Qeyd edək ki, "Viktoriya" - MOİK matçı 2:2 hesabı ilə yekunlaşıb.

AzNews.az