23:44
(077) 610-22-33

“Qəbələ”nin baş məşqçisi rusiyalı mütəxəssis ola bilər

  • >
312 7 May 2013 09:50 | İdman

Növbəti mövsümdən etibarən "Qəbələ"nin baş məşqçisi rusiyalı mütəxəssis Yuri Syomin ola bilər.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov Trend-ə açıqlamasında Yuri Syominlə danışıqlar apardıqlarını təsdiqləyib və bildirib ki, klubun baş məşqçisinə əsas namizəd Syomindir.

Onun sözlərinə görə, klub Syominlə yanaşı bir neçə başqa əcnəbi mütəxəssislə də danışıq aparır.

Qeyd edək ki, 65 yaşlı Y.Syomin müxtəlif vaxtlarda "Kuban" (Kazan), "Pamir" (Düşənbə), "Lokomotiv" (Moskva), Yeni Zelandiyanın olimpiya millisi, Rusiya millisi, Moskva "Dinamo"sunda çalışıb. Onun son iş yeri Kiyev "Dinamo"su olub.

"Lokomotiv"lə ik dəfə Rusiya çempionu, dörd dəfə Rusiya kuboku, iki dəfə Rusiya superkuboku, bir dəfə "Birlik kuboku", Kiyev "Dinamo"su ilə bir dəfə Ukrayna çempionu və bir dəfə də Ukrayna superkubokunun qalibi adını qazanıb.

AzNews.az
Bağla X