05:46
(077) 610-22-33

Ləğv edilən bankların əmanətçilərinə 734 milyon 245 min manatdan artıq kompensasiya ödənilib

  • >
650 19 İyun 20:16 | İqtisadiyyat

Əmanətlərin Sığortalanması Fondu tərəfindən iyunun 16-da "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 milyon 222 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank"ın əmanətçilərinə 58 milyon 971 min manat (ümumi kompensasiya öhdəliyinin 85 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 87 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 faizdən çoxu) kompensasiya ödənilib.

AzNews.az Əmanətlərin Sığortalanması Fondundana istinadən xəbər verir ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 133 milyon 53 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 354 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 350 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,2 faizdən çoxu) "Atrabank"ın, 2 milyon 4 min manatı (ümumi kompensasiya öhdəliyinin 96 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 437 milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,2 faizi) kompensasiya ödəyib.

"Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 778 min manatdan artıq kompensasiya ödənişi edilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 84,7 faizi əmanətçilərə ödənilib.

Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faiz), "Gəncəbank"ın əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faiz), "Texnikabank"ın əmanətçilərinə 120 milyon 458 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faiz) kompensasiya ödənişi təmin edilib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 bank üzrə 734 milyon 245 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Bağla X