08:07
(077) 610-22-33

Opera və Balet Teatrında “Qu gölü”

  • >
435 3 Dekabr 2012 17:10 | Mədəniyyət

Opera və Balet Teatrının səhnəsində P.İ.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçirilib. Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Teatrının solistləri Mariya Allas və Aleksandr Volçkov ifa edib.

Qeyd edək ki, tamaşa MDB-nin üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq çərçivəsində həyata keçirilib. Cavanşir Cəfərovun idarə etdiyi tamaşada Kamilla Hüseynova, Rimma İsgəndərova, Yelena Skomoroşenko, Yuliya Ferştandt, Səbinə Hacıdadaş, Nigar İbrahimova, Makar Ferştandt, Gülağası Mirzəyev, İslam İslamov və başqaları rol alıb.

Bahar Rüstəmli
AzNews.az
Bağla X