12:27
(077) 610-22-33

İstanbul bələdiyyə başçısı elan edildi

  • >
1 012 31 Mart 2014 07:10 | Region

Ədalət və İnkişaf Partiyasından irəli sürülmüş namizəd Kadir Topbaş İstanbul bələdiyyə başçısı seçildiyini elan edib. Bu barədə Anadolu agentliyi məlumat verir.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkilərində səslərin bu ana 70 faizi hesablanıb və nəticələrə əsasən, AKP öndədir.

Ankarada, Antalyada, Bursada və Konyada AKP-nin namizədləri hal-hazırda öndədilər.

Qeyd edək ki, bazar günü Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.

Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

AzNews.az
Bağla X