00:20
(077) 610-22-33

Çingiz Mustafayevin qız üstə döyülməsi xəbəri təkzib olundu

  • >
507 4 Fevral 2013 18:03 | Şou-biznes


Gənc müğənni Çingiz Mustafayevin dünən gecə saatlarında naməlum şəxslər tərəfindən hücuma məruz qalaraq, müxtəlif bədən xəsarətləri alması, o cümlədən, bir qolunun gipsdə olması haqqında yayılan xəbərlər yalan olduğu iddia olunur.

Bu barədə AzNews.az-a müğənninin koordinatoru Zəhra Bədəlbəyli məlumat verib.

"Çingizin dava xəbəri yalandır. Onun qolu hərdən çıxır. Çünki uşaqlıqdan qalan travmadır", - Z.Bədəlbəyli bildirib.

Qeyd edək ki, mətbuatın yazdığına görə, Ç. Mustafayevin naməlum şəxslər tərəfindən döyülüb. Guya, hadisə Çingizin maşınına minmək istədiyi zaman baş verib. Hadisəyə səbəb kimi isə bir neçə şəxsin müğənninin yanında olan xanımların birinə söz atması olduğu göstərilib.

Fuad Mədətov
AzNews.az

Bağla X