Bəynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyat mövzusunda Davosda 22-26 yanvar tarixlərində keçiriləcək 48-ci Dünya İqtisadi Forumu öz işinə başlayıb. Bəynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyat mövzusunda Davosda 22-26 yanvar tarixlərində keçiriləcək 48-ci Dünya İqtisadi Forumu öz işinə başlayıb.

Dünya İqtisadi Forumu öz işinə başladı

Bəynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyat mövzusunda Davosda 22-26 yanvar tarixlərində keçiriləcək 48-ci Dünya İqtisadi Forumu öz işinə başlayıb.

AzNews.az xəbər verir ki, forumun proqramına əsasən, Prezident İlham Əliyev yanvarın 23-də "Strateji baxış - Avrasiya" (Strategic Outlook – Eurasia) paneli çərçivəsində çıxış edəcək.

Dünya İqtisadi Forumunun beş gün davam edən yığıncağında Dünya Bankının, eləcə də 38 böyük beynəlxalq təşkilatların rəhbərləri, ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Tereza Mey də iştirak edəcək.