Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri yekunlaşıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri yekunlaşıb.

Komitə sədrinin Türkiyə səfəri yekunlaşdı

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri yekunlaşıb.

Komitədən AzNews.az-a bildiriblər ki, səfər çərçivəsində F.Muradovun iştirak etdiyi tədbirlərdən biri də Antalyada keçirilib. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkil etdiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirdə rəsmi şəxslər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Rəsm sərgisi, milli rəqs və musiqi nümunələri maraqla qarşılanıb. Qonaqların diqqətini çəkən beynəlxalq sərgidə Azərbaycanın dəyərli rəssamlarının əsərləri nümayiş olunub.

Daha sonra komitə sədri Antalyadakı Azərbaycan diasporunun təmsilçiləri ilə görüşüb, onları maraqlandıran məsələlərlə maraqlanıb.