Qəzaya uğrayan hərbçi avtobusu ilə bağlı Rəsmi məlumat

Daxili İşlər Nazirliyi ötən gün hərbçiləri daşıyan avtobusun qəzaya uğraması faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 19-da saat 14.30 radələrində Şəmkir rayonu ərazisindəki Yasamal aşırımında Bakı şəhər sakini Canpolad Əmrahovun idarə etdiyi "Toyota" markalı avtomaşınla Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin baş giziri Zülfüqar Şıxəliyevin idarə etdiyi hərbi hissəyə məxsus "PAZ-4232" markalı avtobus toqquşub, sonradan avtobus aşıb. Nəticədə avtobusdakı sərnişinlərindən "N" saylı hərbi hissənin hərbçisi Elxan Əliyev hadisə yerində ölüb, xəsarət almış sürücü və 6 sərnişin hospitala yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az