Əsirlikdə olan həmyerlimiz barəsində cinayət işi qaldırıldı

Ermənistanda Gürcüstan vətəndaşı olan azərbaycanlı Allahverdi Pələngova qarşı sərhədi qeyri-qanuni və sənədsiz keçmək ittihamı ilə cinayət işi başlanıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Nazirliyi xüsusi bəyanat yayıb.

Bəyanatda deyilir ki, avqustun 18-də Lori vilayətinin Çoçkan kəndi yaxınlığında saxlanılmış mənşəcə azərbaycanlı olan Gürcüstan vətəndaşına qarşı Cinayət Məcəlləsinin 329-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi qaldırılıb. Bu maddə minimum əməkhaqqından 100-200 dəfə artıq cərimə və ya maksimum 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

AzNews.az