Baş redaktorun həyat yoldaşını öldürən şəxslə bağlı yeni məlumatlar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşını öldürən şəxsin daha bir cinayət əməli ortaya çıxıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avqustun 16-da qəsdən adam öldürdüyünə görə tutulan Əlaqif Abbasovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun avqustun 3-də Xırdalan şəhər sakini Əminə Məmmədovanın evindən 2000 manat pul, 1000 manat dəyərində qızıl əşyaları və iyulun 27-də Güləbəddin Orucovanın evindən 3250 manat pul və qızıl əşyalarını oğurlaması da müəyyən edilib.

Qeyd edək ki, Ə. Abbasovun "Bərəkət-98" firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi, Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlanması da müəyyən edilib.

Xatırladaq ki, avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşova Əlaqif Abbasov tərəfindən bıçaqlanaraq qətlə yetirib.

Ə. Abbasov ilkin ifadəsində evə oğurluq məqsədi ilə girdiyini bildirib.

AzNews.az