Aşıq Ədalət klipə çəkildi- VİDEO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində saz ifaçısı Aqşin Tariyeloğlu "Yanıq Kərəmi" adlı klipini və eyni adlı albomunu təqdim edib.

AzNews.az xəbər verir ki, tədbirdə saz ifaçısı yaradıcılıq planlarından danışıb:

"Aşıq Ədalət kimi böyük saz ustadı mənim klipimdə rol alıb. Bundan böyük qurur nə ola bilər? Mətbuat konfransına gələnlər mənim ifa etdiyim "Yanıq Kərəmi"in və yeni albomumun təqdimatına şahid oldular".

Klipdə rol alan xalq artisti Aşıq Ədalət mətbuat konfransında iştirak etməyib. Sənətkar tədbir zamanı telefon bağlantısı yaradıb və aşıq Aqşinə uğurlar diləyib.

Xatırladaq ki, tədbirə Ramiz Quliyev, Aybəniz Haşımova, Ədalət Şükürov, müğənni İzzət Bağırov, Vasif Məhərrəmli, Aynişan Quliyeva, teleaparıcı Zaur Baxşəliyev və başqa tanınmışlar iştirak edib.




Bahar
AzNews.az
image description