22 yaşlı qızı döyə-döyə zorladılar- Bakıda

Bakıda 22 yaşlı qızın zorlanması barədə polisə məlumat daxil olub.

Lent.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü K.Ə tanışı tərəfindən cinsi zorakılığa məruz qalması barədə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edib. Gənc qız bildirib ki, bir müddət əvvəl tanış olduğu L. adlı şəxs onu aldadaraq A.Sultanova küçəsində bir ünvana aparıb. Burada həmin şəxs gənc qızı döyüb və onunla zorla cinsi əlaqədə olub.

Faktla əlaqədar araşdırmalara başlanılıb, ekspertizalar təyin edilib. K.Ə-nin iddialarının nə qədər doğru olub-olmadığı araşdırmalar nəticəsində məlum olacaq.

AzNews.az