- Hadisə
- 16 İyul 2024 09:18
- 6 385
Bakıda usta 3-cü mərtəbədən yıxılıb
Bakıda usta yeni tikilən binadan yıxılıb.
Aznews.az xəbər verir ki, Binəqədi rayonu Cəfər Xandan küçəsində tikilməkdə olan binada usta işləyən Şamil Umudov suvaq işləri ilə məşğul olarkən 3-cü mərtəbədən yerə yıxılıb.
Nəticədə Şamil Umudov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.