• Hadisə
  • 10 İyun 2025 10:56
  •  4 912

Bu ay Kahramanmaraşda Azərbaycan Məhəlləsinin açılışı olacaq

Bu ay Kahramanmaraşda Azərbaycanın saldığı məhəllənin açılışı olacaq.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

Səfir vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə davam edir:

“Bu ay Kahramanmaraşda prezidentlərin iştirakı ilə Azərbaycan Məhəlləsinin açılışı nəzərdə tutulur. Ancaq dəqiq tarix hələ bəlli deyil”.

AzNews.az