- Hadisə
- 12:45
- 1 059
Astarada balıqçılar itkin düşüb
Astarada balıqçılar itkin düşüb.
Aznews.az xəbər verir ki, Astarada iki balıqçının ötən gecə axşam saatlarında dənizdə itkin düşdüyü bildirilir.
Dərhal əraziyə FHN-in Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. Məlum olub ki, rayonun Şahağac kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.
Hazırda onların axtarışları davam etdirilir.
İtkin düşən balıqçıların kimliyi məlum olub.
Onlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur. Onların qohum olduqları bildirilir.
Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.
AzNews.az