Regional formatın yaradılması ilə bağlı nəzəri baxımdan hər şey uyğun olsa da, praktikada dövlətlərin maraqları üst-üstə düşmür.
Aznews.az xəbər verir ki, bunu “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında deyib.
“Geosiyasi vəziyyət elə formalaşıb ki, Cənubi Qafqaz regionu daha da maraq mərkəzinə çevrilir. Üstəlik, infrastruktur baxımından da müəyyən hazırlıq mövcuddur.
Region ölkələrinin mövqeləri isə fərqlidir. Buna görə də bütün bu məsələlər əlavə razılaşmalar tələb edir. Nəzəri baxımdan hər şey uyğun gəlir, lakin praktikada ayrı-ayrı dövlətlərin maraqları və inteqrasiya prosesində yerinə yetirməli olduqları funksiyalar var”,- Fərhad Məmmədov bildirib.