- Hadisə
- 10:39
- 883
AZAL: Qazaxıstanda qəzaya uğrayan təyyarə ilə bağlı istintaq davam edir
"Qazaxıstanda komissiya yaradılıb və istintaq hələ də davam edir. Hadisə baş verdiyi andan bir il ərzində yaranmış komissiyanın ilkin hesabatı bu ilin yanvar ayının sonunda təqdim olundu. Amma tam hesabat hələ yekunlaşmayıb".
Aznews.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, komissiyanın ilkin hesabatında artıq havada olarkən təyyarəyə qeyri-qanuni fiziki müdaxilə baş verdiyi əksini tapıb: "Qara qutu da açıqlanandan sonra aydın oldu ki, təyyarənin həyati sistemlərindən üçü birdən eyni anda sıradan çıxıb. Bu isə təyyarəyə kənar qüvvənin təsiri ilə baş verib".