- Hadisə
- 12:33
- 1 855
Özbəkistan Prezidenti: Azərbaycanın Mərkəzi Asiya formatına qəbulu tarixi əhəmiyyət daşıyır
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məsləhətləşmə görüşləri formatına tamhüquqlu üzv kimi qəbul edilməsi tarixi əhəmiyyət daşıyır.
Aznews.az xəbər verir ki, o bu barədə parlamentə və xalqa müraciətində bildirib.
"Daşkənddə region dövlət başçılarının məsləhətləşmə görüşü zamanı inteqrasiya proseslərini keyfiyyətcə yeni səviyyəyə çıxarmaq məqsədilə Mərkəzi Asiya birliyinin strateji formatının yaradılması təşəbbüsü irəli sürülüb. Azərbaycanın Mərkəzi Asiya formatına tamhüquqlu üzv kimi qəbul edilməsi qərarı tarixi əhəmiyyət daşıyır", - Ş.Mirziyoyev bildirib.
Onun sözlərinə görə, bu addım Mərkəzi Asiya və Cənubi Qafqaz arasında strateji qarşılıqlı əlaqə və sabitliyin güclənməsinə töhfə verəcək.