- Hadisə
- 13:47
- 861
AZAL internet provayder xidməti göstərəcək
"Azərbaycan Hava Yolları" QSC (AZAL) internet provayder xidməti göstərəcək.
Aznews.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) AZAL-ı internet provayderi kimi uçota alıb.
Beləliklə, AZAL peyk üzərindən yüksək sürətli internet, təkrar satış (pərakəndə internetin təkrar satışı - B2C və ya B2B) xidmətlərini həyata keçirəcək.