- Hadisə
- 30 Yanvar 11:46
- 4 339
Bakıda iki nəfər dəm qazından zəhərlənərək öldü
Bakıda daha iki nəfər dəm qazından zəhərlərək ölüb.
Aznews.az xəbər verir ki, Nardaran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşid Rasim oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.
Nərimanov rayonu Xətai küçəsi ev 33 mənzil 12-də orada yaşayan 1962-ci il təvəllüdlü Elyar Calal oğlu Muradov hamam otağında qəflətən ölüb.
Araşdırma aparılır.
Aznews.az