- İşin içi
- 11:28
- 1 405
Azərbaycanın qeyri-neft ixracında qızılın payı böyüyür - ŞƏRH
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 131,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Aznews.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın may sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 % çoxdur.
Təkcə apreldə isə Azərbaycan 35,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 18,9% çoxdur.
Ötən 4 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 13 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
Qızıl ixracındakı 37,4 faizlik artım Azərbaycanın qeyri-neft sektorunda ixrac imkanlarının genişləndiyini göstərir. Xüsusilə qlobal bazarlarda qızıl qiymətlərinin yüksək qalması Azərbaycanın valyuta gəlirlərinə müsbət təsir edir. Bu artım həm də ölkənin mədən sənayesinin və emal potensialının iqtisadiyyatda daha fəal rol oynamağa başladığını göstərir.
Diqqət çəkən əsas məqam isə qeyri-neft-qaz ixracının ümumilikdə 13 faiz artaraq 1,1 milyard dollara çatmasıdır. Bu, Azərbaycan iqtisadiyyatının tədricən enerji asılılığından çıxaraq daha şaxələndirilmiş ixrac modelinə keçmək istədiyini göstərən mühüm tendensiyadır.
Nuray, Aznews.az