- Hadisə
- 12:18
- 1 386
Avtomobil traktorla toqquşdu: Sürücü ağır yaralıdır
Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb.
Hadisə Sabirabad rayonunun Qarağac kəndi ərazisində qeydə alınıb.
VAZ markalı avtomobilin traktorla toqquşması nəticəsində VAZ-ın sürücüsü Sabirabad rayonunun Qarağac kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Rövşən Əmrah oğlu ağır xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Aznews.az