- Hadisə
- 17:52
- 802
Cəlilabadda əmi qardaşı övladlarını baltalamaqda şübhəli bilinir
Cəlilabad rayonunda 12 və 14 yaşlı uşaqlar baltadan xəsarət alıblar.
Aznews.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.
Xəsarət alan yeniyetmələr Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisəsin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.