"Təhsildə sosial iş" xidməti çərçivəsində bu günə qədər 429 uşağın dərsə davamiyyəti bərpa edilib

Azərbaycanda "Təhsildə sosial iş" xidməti çərçivəsində 2023-cü ildən bu yana 429 uşağın dərsə davamiyyəti bərpa edilib.

Aznews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) əməkdaşları ümumilikdə 1 197 məktəbə səfər edib:

"2023-cü ildən həyata keçirilən bu xidmət çərçivəsində 4755 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb. Vəziyyəti daha riskli hesab olunan 1909 uşağın ailələrinə səfər edilərək təfsilatlı qiymətləndirmə həyata keçirilib. Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, risk qrupuna aid 429 uşağın dərsə davamiyyəti bərpa olunub".

Həmçinin baxımsız, kimsəsiz uşaqlar isə Agentliyin müvafiq Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəziləri fərdi təhsilə yönləndirilib. Eləcə də, nitq və ünsiyyət çətinliyi olan uşaqlara loqopedik xidmətlər göstərilib.

AzNews.az

image description image description