- Hadisə
- 17:32
- 951
Göygöldə 40 yaşlı kişi qətlə yetirilib
Göygöldə 40 yaşlı kişi qətlə yetirilib, meyiti dərəyə atılıb.
AzNews.az xəbər verir ki, hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.
1986-cı il təvəllüdlü Sabiq Quliyevin üzərində xəsarət izləri olan meyiti dərədən aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.